AŞPA-nın MONİTORİNQ KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
20 may 2016 | 10:05   
Paylaşın:        

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 22-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.
Tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprel ayının 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək. Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Səfər mayın 24-də başa çatacaq. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU