TÜRKPA-nın KOMİSSİYASINDA

XƏBƏRLƏR
20 may 2016 | 10:05   
Paylaşın:        

Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova   komissiyanın iclasında iştirak etmək üçün mayın 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.
Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının  beşinci iclasında “TÜRKPA ölkələri arasında ekoloji fəlakət və böhranın idarə edilməsi sahəsində əməkdaşlıq” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın  növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.
Səfər çərçivəsində deputatımız Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi humanitar foruma da qatılacaq. “Böyük Çöl” adlanan forumda ortaq türk mədəniyyəti və tarixi irsinə dair müzakirələr aparılacaq.
                                                                                         

  Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU