AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
20 may 2016 | 11:05   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclaslarında iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaqlar.
İclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana fakt-araşdırıcı səfərlərin yekunları, Terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynada böhranın siyasi nəticələri, Belorusda vəziyyət və digər mövzularda müzakirələr aparılacaqdır.
Deputatlar iclaslarda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

*       *       *

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 26-dan 28-dək  AŞPA-nın Estoniyanın Tallin şəhərində keçiriləcək Büro və Daimi komitə iclaslarında da iştirak edəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU