QDİƏT PM-nin KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
20 may 2016 | 03:05   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Musa Quliyev qurumun Hüquqi və siyasi məsələlər komitəsinin 47-ci iclasında iştirak etmək üçün mayın 22-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.
Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə qaçqınlar problemi – siyasi aspekt” mövzusu ətrafında müzakirələr keçiriləcək. Yığıncaqda, həmçinin, qurumun cari fəaliyyəti barədə, təşkilati və digər məsələlərə baxılacaq.
İclasda millət vəkili ölkəmizdə qaçqınların, məcburi köçkünlərin vəziyyəti, sosial təminatı, mövcud problemlərin həlli istiqamətində dövlət tərəfindən atılan addımlar barədə məlumat verəcək.
Səfər mayın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU