DEPUTATLARIMIZ TACİKİSTANDA REFERENDUMU MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
20 may 2016 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatları İqbal Məmmədov və Rüfət Quliyev Tacikistan Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu müşahidə etmək üçün mayın 21-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası missiyasının tərkibində referendumun gedişini izləyəcəklər. Müşahidəçilər müxtəlif məntəqələrdə olacaq, vətəndaşların prosesdə fəallığına diqqət yetirəcəklər.
Səfər mayın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU