DEPUTATLARIMIZ SLOVENİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
20 may 2016 | 04:05   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və  deputat Ağalar Vəliyev mayın 22-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Lyublyana meriyası tərəfindən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin və İkinci Dünya Müharibəsi zamanı Sloveniyada  həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidələrinin açılış mərasimlərində iştirak edəcəklər.
Tədbirlərdə Nizami Gəncəvinin həyat və yaradıcılığı, irsinin öyrənilməsi və təbliği, Mehdi Hüseynzadənin şərəfli ömür yolu, alman faşistlərinə qarşı apardığı mübarizə, Sloveniya kəndlərində başçılıq etdiyi partizan dəstəsində fəal iştirakı barədə söhbətlər aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU