DEPUTATLARIMIZ ÇEXİYAYA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
20 may 2016 | 07:05   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, Çexiya ilə parlamentlərarası  əlaqələr  üzrə  işçi  qrupun  rəhbəri   Valeh  Ələsgərovun  başçılığı  ilə parlament  nümayəndə  heyəti  mayın 23-dən 26-dək Çexiya   Respublikasında  səfərdə  olacaq. 
Nümayəndə  heyətinin  tərkibinə  deputatlardan Kamilə Əliyeva,  Vüsal Hüseynov  və Ülviyyə  Ağayeva  daxildirlər. Səfər Çexiya parlamentinin sədri, Çexiya-Azərbaycan  parlamentlərarası  dostluq  qrupunun sədri Yan Hamaçekin  dəvəti ilə  həyata  keçirilir. 
Ölkə parlamentində keçiriləcək  görüşlərdə  parlamentlərarası  əlaqələrin möhkəmləndirilməsi, dostluq qruplarının qarşılıqlı  səfərlərinin intensivləşdirilməsi və tərəfləri maraqlandıran digər  məsələlər  barədə  fikir  mübadiləsi  aparılacaq.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU