VİTSE-SPİKER QAZAXISTANA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
24 may 2016 | 12:05   
Paylaşın:        

Milli Məclis  Sədrinin müavini, İnsan  hüquqları komitəsinin  sədri  Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin   təşkilatçılığı  ilə  keçiriləcək  “Dinlər  terrorizmə  qarşı”  mövzusunda  beynəlxalq  konfransda  iştirak  etmək  üçün  mayın 29-dan iyunun 1-dək  bu  ölkədə  səfərdə  olacaq.
Astana şəhərində  keçiriləcək  toplantıda vitse-spiker  mövzu ilə əlaqədar  çıxış  edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün  dinlərin  daşıyıcıları  olan  insanlara   göstərilən səmimi  münasibətdən, terrorizmə qarşı mübarizədən  söhbət  açacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU