AŞPA-nın MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
27 may 2016 | 06:05   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Paris şəhərində səfərdə olacaq.
Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Media azadlığının, jurnalistlərin çəkiliş aparmaq hüquqlarının və redaktorların müstəqilliyinin qorunması zərurətinə toxunulacaq. “Hamı üçün idman: inteqrasiya və bərabərliyə doğru körpü”, “Gənclər korrupsiyaya qarşı” və digər mövzularda məruzələr dinləniləcək.
Rafael Hüseynov məruzələr ətrafında fikir mübadiləsində, xüsusilə mediaya dair müzakirələrdə yaxından iştirak edəcək.
Müzakirələrdən sonra Komitədə təşkilati məsələlər gündəmdə olacaq, yeni məruzəçilər təyin ediləcək.

 


 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU