DEPUTATLARIMIZ ATƏT-in TƏŞKİL ETDİYİ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
31 may 2016 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili iyunun 1-də Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.
Millət vəkilləri ATƏT-in təşkilatçılığı ilə keçiriləcək “Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi” mövzusunda konfransda iştirak edəcəklər.
Deputatlarımız mövzu ətrafında aparılan müzakirələrə qatılacaq, təhlükəsizliyin təmin olunmasında parlamentlərin rolu barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər iyunun 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU