NATO PARLAMENT ASSAMBLEYASININ ROUZ-ROUT SEMİNARINDA

XƏBƏRLƏR
10 iyun 2016 | 05:06   
Paylaşın:        

Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.
Tədbirdə problemli regional kontekstdə Ukraynanın transformasiyası,   Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, anti-korrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq.
Seminarda, habelə, Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq. Millət vəkili Məlahət İbrahimqızı Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırki durum barədə məlumat verəcək.
Səfər iyunun 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU