AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
16 iyun 2016 | 07:06   
Paylaşın:        
İyunun 16-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşdülər.
Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov ölkəmizlə Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. 
Görüş zamanı Səməd Seyidov qonaqlara həmməruzəçi missiyasından başqa həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkürünü bildirdi.  O, Azərbaycanla bağlı Monitorinq komitəsində keçirilmiş son müzakirələri yüksək qiymətləndirdi və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirdi.
Sezar Florin Preda və Stefan Şennak dünən Prezident İlham Əliyevlə keçirdikləri görüşdən məmnunluqlarını ifadə etdilər və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdilər.   
Sonra görüşdə Azərbaycan ilə AŞ PA arasında əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU