DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
16 iyun 2016 | 06:06   
Paylaşın:        

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Ağalar Vəliyev Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin anım mərasimində iştirak etmək üçün iyunun 16-da Türkiyəyə səfər edəcəklər.
Sparta və Antalya şəhərlərində keçiriləcək mərasimlərdə Süleyman Dəmirəlin məzarı ziyarət ediləcək, onun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdiriləcək, sərgi təşkil olunacaq. Tədbir iştirakçıları Süleyman Dəmirəllə bağlı xatirələrini səsləndirəcəklər.
Səfər iyunun 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU