AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

XƏBƏRLƏR
17 iyun 2016 | 01:06   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcəkdir. 
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU