QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASINDA

XƏBƏRLƏR
24 iyun 2016 | 04:06   
Paylaşın:        

Milli Məclisin komitə  sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə  və  Əflatun  Amaşov  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament  Məclisinin  Baş  Assambleyasının  47-ci  sessiyasında  iştirak  etmək  üçün  iyunun 27-dən  iyulun 1-dək Rusiya  Federasiyasında  səfərdə  olacaqlar.
Moskva  şəhərində  keçiriləcək  toplantıda  QDİƏT  regionunda  iqtisadi  əməkdaşlıq vasitəsi ilə  sülhün,  sabitliyin və firavanlığın  təmin olunması  ilə  əlaqədar müzakirələr  keçiriləcək,  quruma üzv dövlətlərdə qaçqınların vəziyyəti ilə bağlı fikir mübadiləsi  aparılacaq. 
Deputatlarımız müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU