PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
20 aprel 2012 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatları Azay Quliyev, Elton Məmmədov, Musa Quliyev və Mirkazım Kazımov Rumıniya-Azərbaycan dostluq qrupunun dəvəti ilə aprelin 22-dən Buxarestdə səfərdə olacaqlar.
Səfər çərçivəsində millət vəkillərinin Rumıniya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Rumıniyadan olan Avropa Parlamentinin deputatları, ATƏT PA-da Rumıniya nümayəndə heyətinin üzvləri, habelə dövlət rəsmiləri, Rumıniya-Azərbaycan Cəmiyyətinin, Qeyri-Hökumət təşkilatlarının təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, strateji tərəfdaşlığın həyata keçirilməsinə dair fəaliyyət planı, enerji sahəsində əməkdaşlıq, Cənubi Qafqazda təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 26-da başa çatacaq.

*     *     *

Aprelin 23-də Milli Məclisin deputatı Musa Qasımlı Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcək.
Millət vəkili Aydın Universitetində keçiriləcək uydurma “erməni soyqırımı” ilə bağlı elmi konfransda iştirak edəcək. Tədbirdə Musa Qasımlı “Erməni soyqırımı oldumu? Tarix nə deyir?” mövzusunda məruzə ilə çıxış edəcək.
Səfər aprelin 25-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı Azay Quliyev aprelin 25-də Almaniyanın Berlin şəhərinə səfər edəcək.
Səfər zamanı millət vəkili Almaniya Bundestaqında olacaq, həmkarları ilə görüşəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə söhbətlər aparacaq.
Səfər aprelin 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU