MİLLİ MƏCLİSİN DEPUTATLARI KRANS MONTANA FORUMUNUN SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
24 iyun 2016 | 05:06   
Paylaşın:        
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Ağalar Vəliyev iyunun 28-də Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak etmək üçün Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.
Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak edəcəyi tədbirdə Enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, Təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, İqtisadi cinayətkarlığa qarşı mübarizə, Fövqəladə halların idarə edilməsi, Parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.  
Forumda Eldar İbrahimov İqtisadi inkişaf, sənaye sahəsində investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış edəcək, bu barədə fikirlərini bildirəcəkdir.
Səfər iyulun 2-də başa çatacaqdır. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU