MİLLİ MƏCLİSİN DEPUTATI ATƏT PA-nın NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİNDƏ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
12 avqust 2016 | 05:08   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi  nümayəndə heyətinin tərkibində cari ilin 15-18 avqust tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaq.
Səfər iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyətlə tanış olmaq məqsədi ilə həyata keçirilir.
Nümayəndə heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, Baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşləri nəzərdə tutulub.
Qurumun təmsilçiləri həmçinin, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiya rəhbərləri və deputatları ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Daha sonra, Türkiyənin aparıcı mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və Türkiyədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşlər keçiriləcək.
Səfər avqustun 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU