VARŞAVADA PARLAMENT RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
29 avqust 2016 | 03:08   
Paylaşın:        
Avqustun 30-u və 31-də Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edəcək.
Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Valeh Ələsgərov görüşdə çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU