PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
05 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr  komitəsinin sədri Səməd  Seyidov AŞPA-nın Prezidentlər  Komitəsinin  Rusiya  Dövlət  Dumasında  keçirəcəyi  görüşlərdə  iştirak  etmək  üçün  sentyabrın 6-dan 9-dək Moskvada  səfərdə  olacaq.
  Rusiya Dövlət  Dumasının sədri Sergey Narışkinin iştirakı ilə  keçiriləcək görüşlərdə AŞPA - Rusiya  münasibətlərinin  gələcəyi,  əməkdaşlığın hərtərəfli  bərpa  olunmasının  mümkün  yolları  barədə  müzakirələr  aparılacaq.
* * *

Milli Məclisin  İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin  sədri  Ziyad  Səmədzadə  və deputat Xanlar  Fətiyev Belarus  Respublikası  parlamentinə  keçiriləcək seçkiləri müşahidə  etmək  üçün  sentyabrın 8-dən  13-dək  bu ölkədə  səfərdə olacaqlar.
 MDB İcraiyyə komitəsinin  və MDB Parlament Assambleyasının  xətti ilə  seçkiləri izləyəcək deputatlarımız  Minsk  şəhərinin müxtəlif seçkı məntəqələrində olacaq, prosesdə yeni texnologiyaların tətbiqi ilə maraqlanacaq, Azərbaycanın bu sahədəki  təcrübəsi barədə fikirlərini bölüşəcəklər.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU