DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
09 sentyabr 2016 | 03:09   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Deputatımız “AŞPA-nın gələcəyi və təşkilatda islahatlar” mövzusunda keçiriləcək dəyirmi masada iştirak edəcək. Tədbirdə qurumun gələcək fəaliyyəti, islahatların aparılmasının vacibliyi, üzv ölkələr arasında səmərəli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səməd Seyidov toplantıda Azərbaycanla AŞPA arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşəcək.
 Millət vəkili daha sonra Milli Məclisin nümayəndə heyətinin tərkibində Strasburqda keçiriləcək AŞPA-ya üzv dövlətlərin Parlament Sədrlərinin Konfransında iştirak edəcək.
Səfər sentyabrın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU