ATƏT-İN İQTİSADİYYAT VƏ ƏTRAF MÜHİT FORUMUNUN HAZIRLIQ GÖRÜŞÜNDƏ

XƏBƏRLƏR
21 aprel 2012 | 01:04   
Paylaşın:        

Milli Məclisin deputatı Bəxtiyar Əliyev ATƏT-in XX İqtisadiyyat və Ətraf  Mühit Forumunun  ikinci  hazırlıq  görüşündə  iştirak  etmək  üçün   aprelin 22-dən 24-dək İrlandiyada  səfərdə olacaq.
Dublin şəhərində baş tutacaq toplantı “Yaxşı idarəçilik  təcrübələrinin dəstəklənməsi və sosial-iqtisadi inkişaf naminə Korrupsiyaya  qarşı  mübarizə”  mövzusuna  həsr  edilib.  Görüşün  əsas məqsədi  bu sahədə ehtiyac və  prioritetləri  müəyyən etmək,   quruma üzv olan ölkələrdə maarifləndirməni və siyasi iradəni  gücləndirmək, yaxşı  təcrübələrin dəstəklənməsində  təşkilatın siyasi  rolunun artırılmasından  ibarətdir. Burada iştirakçılar  korrupsiya ilə mübarizədə ATƏT  öhdəliklərinin icrasını bir daha  nəzərdən  keçirəcəklər. 
Deputatımız  müzakirə  edilən  məsələlərə  öz münasibətini   bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU