MİLLİ MƏCLİSİN DEPUTATLARI RUSİYA DÖVLƏT DUMASINA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
15 sentyabr 2016 | 04:09   
Paylaşın:        

Sentyabrın 18-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçiriləcək. Milli Məclisin deputatları seçkiləri müşahidə etmək üçün sentyabrın 16-dan Rusiya Federasiyasının bir sıra şəhərlərində səfərdə olacaqlar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.
Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər.
Səfər sentyabrın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU