PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
19 sentyabr 2016 | 05:09   
Paylaşın:        

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək.
Millət vəkilləri müzakirə olunan məsələlər barədə öz fikirlərini səsləndirəcəklər.
Səfər sentyabrın 22-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək.
Toplantında miqrasiya siyasəti üzrə Avropada demoqrafik dinamikada nöqsan; miqrasiya: Avropanın inkişafı üçün bir şans; Ukrayna böhranının humanitar nəticələri; Fələstinin Qəzza bölgəsində humanitar vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili Sahibə Qafarova onun sədrliyi ilə keçirilən iclasda gündəlikdəki məsələlərə öz münasibətini bildirəcək.
Səfər sentyabrın 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU