PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
24 sentyabr 2016 | 03:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 25-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək.
İclasda İŞİD terror qruplaşmasının maliyyələşməsi, Livanda vəziyyət,   Avropada regional təhlükəsizlik üçün risklər, Qırğızıstan Parlamenti ilə demokratiya naminə əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda  müzakirələr aparılacaq.
Deputatımız müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 27-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Millət vəkili Uşaq hüquqları məsələləri üzrə müvəqqəti komitənin birinci iclasında iştirak edəcək, yığıncaqda qaldırılan məsələlərə münasibət bildirəcək.
Səfər sentyabrın 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU