AVSTRALİYALI QONAQLAR MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
27 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Sentyabrın 27-də Milli Məclisin Avstraliya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Avstraliya  parlamentinin nümayəndələri ilə  görüşü oldu.
Milli Məclisin  deputatı,  işçi qrupun rəhbəri  Xanlar Fətiyev  ölkələrimiz  arasındakı dostluq  münasibətlərindən söhbət  açdı. O, 1918-ci ildə Şərqdə ilk dəfə  Azərbaycanda  parlamentli demokratik respublikanın yaranmasını vurğuladı. Ötən əsrin  sonunda isə Azərbaycanın  ikinci  dəfə  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  həyata  keçirilən islahatlar, görülən işlər, iqtisadi nailiyyətlər barədə  məlumat  verdi, ölkədə mövcud olan multikulturalizm ənənələrindən danışdı.
İşçi qrupun digər üzvləri Asim Mollazadə və Nəsib Məhəməliyev   çıxışlarında  ölkəmiz  üçün çox önəmli məqamda  avstraliyalı  qonaqların Bakıda olmalarından məmnun olduqlarınıı bildirdilər. Azərbaycanla Avstraliya arasında  mövcud  olan  siyasi, iqtisadi, mədəni əlaqələrdən  söhbət  açdılar.
Nümayəndə heyətinin rəhbəri, Avstraliya parlamentinin senatoru Bak Kristofer Con səmimi  görüş  və qonaqpərvərliyə  görə minnətdarlığını ifadə  etdi. O, vurğuladı ki, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun  22 nəfər  üzvü  var.  Bu isə onu  göstərir ki, Azərbaycan hər  zaman onların  rəğbət  bəslədikləri  bir  ölkədir.  Ölkələrimiz  arasındakı  münasibətlərin  daha  da  inkişaf  etdirilməsi üçün  yaxşı potensial var. Kənd  təsərrüfatı və  turizm sahəsində əlaqələrin  gücləndirilməsi hər iki tərəf üçün olduqca  faydalı ola bilər.
Görüşdə Avstraliya - Azərbaycan parlamentlərarası dostluq  qrupunun keşmiş sədri, deputat Lyuk Simpkins, parlamentin Nümayəndələr Palatasının üzvü Kell Craig Robert çıxış edərək  Azərbaycanda ümumxalq səsverməsinin yüksək səviyyədə  keçirildiyini vurğuladılar,  prosesdə şəffaf  və demokratik  bir  ab-hava  müşahidə  etdiklərini  diqqətə  çatdırdılar.
Görüşdə  qarşılıqlı maraq  doğuran  bir  sıra  məsələlər  barəsində fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU