AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏRDƏ

XƏBƏRLƏR
24 aprel 2012 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatları - Azərbaycan-ABŞ parlamentlərarası     əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Ceyhun Osmanlı və Cavanşir Paşazadə Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaqlar.
Vaşinqtonda 30-dək senator və konqresmenin iştirakı ilə keçiriləcək “Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər” adlı konfransda 20 il uğurlu əməkdaşlıq təcrübəsi: gələcəyə baxış, Tərəfdaşlığımızın əsas istiqamətləri: Xəzər hövzəsində enerji və təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı  münasibətlərin inkişaf yoluna nəzər salacaqlar.
Mayın 1-də və 3-də isə deputat Asim Mollazadə İllinoys və Luiziana ştatlarında olacaq, burada Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərə qatılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU