MİLLİ MƏCLİSİN DEPUTATLARI ALMANİYA BUNDESTAQINDA GÖRÜŞLƏR KEÇİRƏCƏKLƏR

XƏBƏRLƏR
24 aprel 2012 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatları Rövşən Rzayev və Aydın Abbasov aprelin 26-da Berlin şəhərinə yola düşəcəklər.
Deputatlar Almaniya Bundestaqında bu ölkənin Qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçirəcəklər. Görüşdə cari ilin may ayında ölkəmizdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində görülən işlər, Azərbaycan həqiqətləri və bəzi qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası barədə faktlar QHT və KİV nümayəndələrinin diqqətinə çatdırılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti
  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU