CƏNUBİ AFRİKA PARLAMENTİNİN İBTİDAİ TƏHSİL KOMİTƏSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
30 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın  30-da  Milli Məclisin  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli V Bakı Beynəlxalq  Humanitar  Forumunda iştirak  etmək  üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İbtidai təhsil komitəsinin sədri Nomalungela  Gina ilə görüşdü.
Qonağı səmimi  salamlayan İsa  Həbibbəyli  ölkəmizdə  təhsil  sahəsində əldə olunan uğurlardan, aparılan islahatlardan danışdı. Rəhbərlik etdiyi  komitənin işindən, Milli Məclisdə  təhsil  sahəsini əhatə edən hüquqi  aktların qəbulundan, yeni “Təhsil  haqqında”, “Elm  haqqında”  qanunlardan  hazırlanmasından danışdı.  Bildirildi ki, Azərbaycanın  təhsil sistemi  güclü  potensiala  malikdir. Ölkə  əhalisi 100  faiz orta təhsillidir. Azərbaycanda  50-dən artıq  ali məktəb  fəaliyyət  göstərir. Söhbətdə İsa  Həbibbəyli  güclü  elmi  potensiala  malik Azərbaycan Milli Elmlər Akademiyasının  fəaliyyətindən söz açdı. Hazırda ölkədə 10 mindən  artıq  elmlər doktoru, elmlər  namizədi, professor  və  dosentin elmi - pedaqoji  işlə  məşğul olduqlarını  bildirdi. 
Görüşdə  iştirak  edən  Mili Məclisin deputatı, Cənubi Afrika ilə parlamentlərarası əlaqələr  üzrə işçi  qrupun  rəhbəri  Rasim Musabəyov parlamentarilər  arasında  qarşılıqlı  münasibətlərin genişləndirilməsinin zəruriliyindən danışdı.
Cənubi Afrika Respublikası Parlamentinin İbtidai təhsil komitəsinin sədri Nomalungela  Gina səmimi  görüş  və ətraflı  məlumata  görə  təşəkkürünü  bildirdi. Qonaq V Bakı Beynəlxalq  Humanitar  Forumunda  Azərbaycan Prezidenti  İlham Əliyevin çıxışını yüksək  qiymətləndirdi.  O, qeyd  etdi ki, ölkə  başçısı  öz  çıxışlarında   multikultural  dəyərlərə, təhsil  sahəsinin inkişafına  böyük  əhəmiyyət  verildiyini  diqqət çatdırdı. Öz ölkə əhalisinin 20 faizinin tam savadsız olduğunu təəssüflə vurğulayan Nomalungela  Gina Azərbaycan  məktəblərində keyfiyyətli təhsil sistemi ilə yaxından tanış olmaq istədiklərini, bu sahədə əməkdaşlığın  dərinləşməsi  üçün  böyük potensial  olduğunu söylədi.
Görüşdə Milli Məclisin deputatı Sona Əliyeva və digər  rəsmi şəxslər  iştirak  edirdilər.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU