MİLLİ MƏCLİSİN DEPUTATLARI BELÇİKAYA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
03 oktyabr 2016 | 06:10   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Millət vəkilləri Belçika Federal Parlamenti Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyasının üzvləri, Belçikanın Flamand Regionu Parlamentinin sədri, Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfli maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU