QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
03 oktyabr 2016 | 06:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər  məsələlərə baxılacaq.
Millət vəkili müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU