DEPUTATLARIMIZ GÜRCÜSTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
05 oktyabr 2016 | 05:10   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı cari ilin oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.
Millət vəkilləri Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU