DEPUTATIMIZ MONTENEQRODA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNDƏ ATƏT PA-nın MÜŞAHİDƏ MİSSİYASINA RƏHBƏRLİK EDƏCƏK

XƏBƏRLƏR
12 oktyabr 2016 | 10:10   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.
Azay Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri   ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaqdır.
Oktyabrın 16-da deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir. Ertəsi gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU