MİİLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
24 aprel 2012 | 03:04   
Paylaşın:        

Aprelin 24-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları salamlayan deputat Rasim Musabəyov onları ölkəmizdə görməyə şad olduğunu bildirdi. Millət vəkili ölkələrimiz arsında tarixi əlaqələrin olduğunu qeyd edərək, xalqlarımızın oxşar mədəniyyəti paylaşdığını diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan dünya dövlətləri, o cümlədən   yerləşdiyi regionda özünəməxsus mövqeyi olan İordaniya  ilə hər tərəfli əlaqənin inkişafında maraqlıdır. Əməkdaşlığımızın dərinləşməsində parlamentlər əhəmiyyətli rola malikdir. Bu baxımdan biz parlament nümayəndə heyətlərinin səfərlərini önəmli hesab edirik.
Səmimi qəbula görə minnətdarlığını bildirən qonağ İordaniya və Azərbaycan arasında əməkdaşlığın xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğuladı. Ölkəmizin prinsipial məsələlərdə bir-birini dəstəklədiyini bildirən Abdurrauf əl-Ravabidən siyasi dialoqun yüksək səviyyədə olduğunu, belə səfərlərin əlaqələrimizin inkişafına böyük təkan verdiyini söylədi.
Görüş səmimi söhbətlərlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU