DEPUTATLARIMIZ AVSTRALİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
13 oktyabr 2016 | 05:10   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar. 
Deputatlarımız burada Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş ölkəmizin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəsində deputatlarımız bu ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya parlamentində olacaq, burada Azərbaycanın müstəqilliyinin  25 illiyinə həsr olunmuş geniş tədbirdə iştirak edəcəklər. 
Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU