DEPUTATLARIMIZ YAPONİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
14 oktyabr 2016 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatları Muxtar Babayev və Kamran Nəbizadə oktyabrın 16-da Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Yaponiya Parlamentində qanunvericilik orqanının strukturu, iş prinsipləri, deputatların fəaliyyəti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətimiz yaponiyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin əhəmiyyəti və tərəfləri maraqlandıran  digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU