MİLLƏT VƏKİLLƏRİ TÜRK DÜNYASI GƏNCLİK FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
14 oktyabr 2016 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatları Mahir Abbaszadə, Sevinc Hüseynova, Elman Nəsirov və Naqif Həmzəyev I Türk Dünyası Gənclik Forumunda iştirak etmək üçün oktyabrın 16-da Şimali Kipr Türk Respublikasına səfər edəcəklər.
Tədbirə dünyanın 25 ölkəsindən nümayəndələr qatılacaqlar. Yığıncaqda 4 müxtəlif mövzularda müzakirələr aparılacaq. Müzakirələr zamanı, həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklər barədə məlumat veriləcək.
Deputatlarımız, eyni zamanda, burada 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş mərasimdə iştirak edəcəklər.
Səfər oktyabrın 20-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU