TÜRKİYƏDƏ İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT İTTİFAQI İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
15 oktyabr 2016 | 02:10   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə  deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) İcraiyyə Komitəsinin 36-cı iclasında iştirak etmək üçün oktyabrın 16-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.
Tədbirdə İƏT Pİ-nin Baş katibinin hesabatı dinləniləcək, qurumun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olunacaq.
İclasda Siyasi məsələlər və xarici əlaqələr; İqtisadi məsələlər və ətraf mühit; İnsan haqları, qadın və ailə məsələləri; Mədəni və hüquqi işlər, sivilizasiyalar və dinlərin dialoqu komitələrinin 5-ci yığıncaqlarının gündəlikləri tərtib olunacaq. Eyni zamanda, Fələstin üzrə daimi komitənin yeddinci yığıncağının və Müsəlman Qadın Parlamentarların altıncı konfransının gündəlikləri qəbul ediləcək.
Tədbir iştirakçıları İƏT Parlament İttifaqı Baş komitəsinin 19-cu sessiyasında və qurumun  Konfransının 12-ci sessiyasında baxılacaq məsələləri müəyyənləşdirəcəklər.
Yığıncağın sonunda Ankara Bəyannaməsi qəbul ediləcək.
Toplantıda parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edəcək. O, Azərbaycanla İƏT Parlament İttifaqı arasında əməkdaşlığın inkişafı, bölgədə yaranmış son durum və digər aktual məsələlər barədə  fikirlərini açıqlayacaq.
Səfər oktyabrın 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU