MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ KOMİSSİYA İCLASLARINDA

XƏBƏRLƏR
18 oktyabr 2016 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün oktyabrın 19-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının  toplantısında iştirak edəcək. Arif Rəhimzadənin rəhbərlik etdiyi komissiyada ictimai əhəmiyyət kəsb edən bir sıra  aktual məsələlərə baxılacaq.
Millət vəkili Rüstəm Xəlilov İqtisadiyyat və maliyyə məsələləri üzrə daimi komissiyanın iclasına qatılacaq. Yığıncaqda “Dövlət sənaye siyasəti”, “Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi”, “Xarici ticarətlə bağlı fəaliyyətin tənzimlənməsi” haqqında model qanun layihələri, MDB-yə üzv ölkələr üçün model Vergi Məcəlləsinin konsepsiyası, dövlət və özəl sektor arasında tərəfdaşlıq mexanizmlərinin hazırlanması və tətbiqi üzrə sənədlə bağlı müzakirələr aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər.
Səfər oktyabrın 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU