AVROPA SOSİAL XARTİYASI ÜZRƏ ALT KOMİTƏNİN İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
25 oktyabr 2016 | 06:10   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq.
Paris şəhərində AŞPA-nın Sosial komitəsi çərçivəsində Sevinc  Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası  üzrə Alt  Komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara  qarşı  cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı  fikir  mübadiləsi  aparılacaq.
Deputatımız  müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU