MOLDOVADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
26 oktyabr 2016 | 05:10   
Paylaşın:        

 

Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək  Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.
Azərbaycan parlamentinin nümayəndəsi öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU