DEPUTATIMIZ BALTİK ASSAMBLEYASININ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
27 oktyabr 2016 | 11:10   
Paylaşın:        

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci  sessiyasında  və Baltik Şurasının 22-ci  iclasında  iştirak  etmək  üçün  oktyabrın 27-dən 29-dək  Latviyada  səfərdə  olacaq.
 Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının  sərhədlərinin idarə olunması və miqrasiya məsələləri,  Baltik  dövlətləri  üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət,   regional  nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər  müzakirə  ediləcək.
Deputatımız müzakirə  edilən məsələlərə  münasibətini  bildirəcək. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU