AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA

XƏBƏRLƏR
03 noyabr 2016 | 02:11   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın tədbirlərində iştirak etmək üçün noyabrın 6-dan 8-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Qurumun Siyasi işlər və demokratiya Komitəsinin iclasında Hələbdəki situasiya, İŞİD-in maliyyələşməsi kimi aktual məsələlər gündəmdə olacaq. Türkiyədəki 15 iyul hadisələri ilə əlaqədar AŞPA-da yaradılmış Alt Komitənin üzvləri seçiləcək və onların Türkiyəyə səfərinə hazırlıq məsələləri müzakirə ediləcək. Xarici əlaqələr üzrə Alt Komitənin üzvlərinin dekabrda Nyu-Yorka səfəri və BMT-də keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparılacaq.
Monitorinq Komitəsinin iclasında isə AŞPA-nın üzv dövlətləri arasında münaqişələrə dair məruzə dinləniləcək, post-monitorinq dövründə Türkiyə ilə dialoqa, fakt-araşdırıcı missiyanın Kiyev səfərinin nəticələrinə, Gürcüstan, Monteneqro və Bolqarıstanda seçkilərə dair məsələlər nəzərdən keçiriləcək.
Deputatımız müzakirələrdə yaxından iştirak edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU