DEPUTATIMIZ BOLQARISTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
03 noyabr 2016 | 04:11   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf  Əliyev noyabrın 4-dən 7-dək Bolqarıstanda  keçiriləcək  Prezident  seçkilərini  müşahidə  etmək  üçün  bu ölkənin paytaxtı  Sofiya şəhərində səfərdə olacaq.
Deputatımız  prezident seçkilərinin gedişini  Bolqarıstan Xalq  Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan  dostluq  qrupunun  rəhbəri  Korman İsmayılovun  dəvəti ilə  izləyəcək. O, seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, paytaxtdakı müxtəlif seçki məntəqələrində olacaq, seçici hüquqlarının qorunması,  yeni  texnologiyaların  tətbiqi və  seçki  prosesinin  şəffaflığı  ilə maraqlanacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU