DEPUTATLARIMIZ MALAYZİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
08 noyabr 2016 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov noyabrın 9-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər edəcəklər.
Səfər Malayziya Parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri Datuk Seri Dr. Roland Kiandeenin dəvəti ilə həyata keçirilir.
Millət vəkilləri ölkənin qanunvericilik orqanının quruluşu ilə tanış olacaq, deputatların iş şəraiti, qəbul olunan qanunlarla maraqlanacaq, parlamentin rəhbərliyi və malayziyalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər noyabrın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU