DEPUTATIMIZ AŞPA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
08 noyabr 2016 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva noyabrın 9-dan 11-dək Böyük Britaniyanın Vest Sussex şəhərində səfərdə olacaq.
Millət vəkili Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edəcək. O, AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılacaq.
Deputatımız yığıncaqda mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU