DƏYİRMİ MASA ƏTRAFINDA

XƏBƏRLƏR
26 aprel 2012 | 02:04   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Rusiya Dövlət Duması: Avrasiya məkanında parlamentarizmin yaradılması” mövzusuna həsr olunan dəyirmi masada iştirak etmək üçün aprelin 27-dən 29-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Rusiya Dövlət Dumasında təşkil olunan dəyirmi masada Avrasiya məkanında parlamentarizmin tarixi ənənələrinə nəzər salınacaq, qanun yaradıcılığının müasir tendensiyaları müzakirə ediləcək, MDB üzvü olan dövlətlərin inteqrasiyasında parlamentlərin rolunun artırılması istiqamətində səylər əlaqələndiriləcək.
Diskussiyalarda deputatımız Rusiya Dövlət Dumasının üzvü olmuş azərbaycanlılar barədə danışacaq, həmin tarixi şəxsiyyətlərin  Avrasiya məkanında parlamentarizmin inkişafına verdikləri töhfələrdən bəhs edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU