MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

XƏBƏRLƏR
08 noyabr 2016 | 05:11   
Paylaşın:        

Bu günlərdə bir sıra saytlarda Milli Məclisin deputatı, Əmək və  sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Suraxanı rayon Polis idarəsinə çağırılaraq ondan ailə üzvlərindən biri ilə əlaqədar ifadə alınması haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.
Bu məsələ ilə əlaqədar DİN-in Mətbuat xidmətinin nümayəndəsi Bizimyol.info saytının əməkdaşına bildirmişdir ki, Milli Məclisin deputatı Hadi Rəcəblinin Suraxanı rayon Polis İdarəsinə çağırılaraq ondan ifadə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bu, başdan ayağa yalan, uydurma məlumatdır.
Milli Məclisin Mətbuat xidməti bir daha KİV nümayəndələrinə müraciət edərək, bu tipli məlumatların yayılmasında ehtiyatlı olmağa, yoxlanılmamış məlumatları ictimailəşdirməkdən çəkinməyə çağırır.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU