ŞƏKİ VƏ KOLMAR QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏRDİR

XƏBƏRLƏR
18 noyabr 2016 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev Kolmar Fəxri səfirlərinin illik toplantısında və Kolmar Yeni il mədəniyyət yarmarkasının açılışında iştirak etmək üçün noyabrın 24-dən 26-dək Fransanın bu şəhərində səfərdə olacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2015-ci ildə Fransanın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri arasında qardaşlaşma protokolu imzalanıb, Şəki şəhərindən seçilmiş deputat Cavanşir Feyziyev Kolmar meriyası tərəfindən Kolmar vilayətinin Azərbaycanda Fəxri səfiri təyin olunub.
Kolmarla Şəki arasında bağlanmış Protokol hər iki ölkədə regionlararası humanitar əlaqələrin genişləndirilməsini və mədəni, ictimai, iqtisadi mübadilə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Artıq bir ildən çoxdur ki, Kolmar şəhərindən gələn müəllimlər Şəki şəhərinin orta məktəblərində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında fransız dilini tədris edirlər. Hər ilin sonunda Kolmar şəhərində keçirilən Yeni il mədəniyyət yarmarkasında isə Azərbaycan mədəniyyət nümunələrinin təbliği məqsədilə Şəki sənətkarlarının da əl işləri nümayiş olunur.
Cavanşir Feyziyevin Kolmara səfəri çərçivəsində Alsaz regionunun senatoru Andre Reyxard və Kolmar meri Jilber Meyer ilə rəsmi görüşləri də nəzərdə tutulub.

 

Milli Məclisin
Mətbuat xidməti  



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU