AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
22 noyabr 2016 | 04:11   
Paylaşın:        
Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin  iclasları keçiriləcək. İclaslarda Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcəkdir. 
Tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament seçkilərinin, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaqdır.
Deputat Sahibə Qafarova müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd  və təkliflərini verəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU